Şəhər başçısı: “Rusiya Oxtirka şəhərinə qadağan edilmiş bomba atıb”
Rusiya hərbçiləri Ukraynanın Sum vilayətinin Oxtirka şəhərinə Cenevrə konvensiyası ilə qadağan olunmuş vakkum bombası atıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhər baçısı Pavel Kuzmenko feysbuk səhifəsində yazıb.
“Düşmən çox çirkin müharibə aparır. Oxtirkaya yenə vakkum bombası atıb. Neft bazası partlayıb”, – deyə o qeyd edib.
P.Kuzmenko vurğulayıb ki, vakkum bombası Cenevrə konvensiyasına əsasən qadağan olunub.
Report.az