Şəhid Həniyyənin qanının intiqamının alınması öz qüvvəsində qalır

Şəhid Həniyyənin qanının intiqamının alınması öz qüvvəsində qalır

Şəhid Həniyyənin qanının intiqamının alınması öz qüvvəsində qalır. Bunu, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzi general pasdar Əli Fədəvi deyib.

Əli Fədəvi bildirib ki: Şəhid Həniyyənin qanının intiqamının alınması və cəzalandırma tərzi və zamanını biz müəyyən edəcəyik və bu, mütləq həyata keçiriləcək.

Dünən gecə Şələmçə sərhədindən baxış keçirən general pasdar Əli Fədəvi müxbirlərlə müsahibədə söyləyib: Saxta və uşaq qatili olan sionist rejim öz ağılsızlığını davam etdirdi və İslami İran torpağında İsmayıl Həniyyəni şəhid etdi. Biz münasib zaman və məkanda buna cavab verəcəyik.

O, deyib: İşğal olunmuş ərazilər çaxnaşmaya düşüb. Sionist rejim üçün ölüm gözləntisi, cəzadan daha ağırdır.

Qəsbkar sionist rejim şəhid Həniyyəni terror etməklə böyük bir cinayət işlədi və o, bu dəfə əvvəlkindən daha kəskin şəkildə tənbeh olunacaq- deyə, general pasdar Fədəvi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 5 =