Şəhid Nəsrullahın pak cəsədi dağıntılar altından çıxarılıb
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah, və bir sıra digər Hizbullah şəhidləri dağıntılar altından sağ-salamat çıxarılıb.
Təsnim İnformasiya Agentliyinin Beyrutdakı müxbirinin bugünkü (29 sentyabr) məlumatına görə, Livan Hizbullahının baş katibi şəhid Seyid Həsən Nəsrullah və bir sıra digər şəhidlərin cənazələri dağıntılar altından sağ-salamat çıxarılıb.
Məlumata görə, Seyid Həsən Nəsrullah və onun yoldaşlarının şəhid olduğu məkan Zahiyə bölgəsində mühafizə olunurdu. Beyrutda hospitallardan birində Şeyx Həsən Nəsrullahın meyiti üzərində aparılan tibbi ekspertizanın nəticəsinə əsasən başından və bədənindən aldığı küt travma nəticəsində həyatını itirib.