Şəhid olan fələstinlinin ailə üzvləri saxlanıldı

Şəhid olan fələstinlinin ailə üzvləri saxlanıldı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ərəb mediası işğal altındakı Qüdsdə şəhadət əməliyyatının icraçısı Fadi Əbu Şəxidəmin həbs edilən qızının fotolarını yayıb.

Əl-Cəzirə xəbər telekanalı bildirib ki, sosial media istifadəçiləri HƏMAS liderinin qızının saxlanmasını sərt şəkildə qınamış və Əbu Şəxidəmin qəhrəman olduğunu və onun etdiklərinin Fələstin məsələsinin maraqlarına uyğun olduğunu vurğulamışlar.

Əbu Şəxidəmin qızının 12 yaşı tamam deyil. Bu arada sionist hərbçilər Qüdsdə şəhadət əməliyyatının icraçısının həyat yoldaşını da həbs ediblər.

Əl-Cəzirə telekanalının məlumatına görə, Əbu Şəxidəmin həyat yoldaşı İordaniyadan qayıdan kimi həbs olunub. İsrail telekanalı Kan da onun İordan çayının qərb sahilini İordaniya ilə birləşdirən Əl-Nəbi körpüsündə saxlandığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 18 =