Şəhid övladları 14 gün bir arada olacaq

Şəhid övladları 14 gün bir arada olacaq

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün fəaliyyətə başlayan “Qaliblər düşərgəsi” 14 gün davam edəcək.

Düşərgədə Azərbaycanın 25 regionundan 13-14 yaşlı 76 uşaq iştirak edir.

Şüvəlan qəsəbəsi Humanitar Fənlər Təmayüllü Gimnaziyada davam edəcək düşərgədə müxtəlif mövzuları əhatə edən təlimlər, fərdi dərslər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər təşkil olunacaq.

Bundan başqa, Bakı şəhərinin görməli yerlərinə ekskursiyalar planlaşdırılır. Layihə çərçivəsində yeniyetmələr tanınmış ictimai xadimlər, idman, təhsil və mədəniyyət sahəsinin məşhur simalar ilə də görüşəcəklər.

13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir.

Qeyd edək ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün “Qaliblər düşərgəsi” fəaliyyətə başlayıb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + thirteen =