Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndis İŞİD terrorçularının mərkəzində (Video İzlə)

Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndis İŞİD terrorçularının mərkəzində (Video İzlə)

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Şəhid Əbu Mehdi Əl-Mühəndisin bu yaxınlarda yayımlanan bir müsahibəsində o, ilk dəfə General Qasim Süleymani ilə İŞİD terrorçuları ilə dolu bölgələrdə olması barədə danışıb.

Şəhid Əbu Mehdi Əl-Mühəndis Nücəba Rabitə və Media Mərkəzində yayımlanmamış bir müsahibəsində İnqilabın Ali Rəhbərinin İraq xalqını dəstəkləməkdəki rolundan və İŞİD işğalının ilk saatlarında Şəhid Süleymaninin fəaliyyətlərindən danışıb:

Ali Rəhbərin İraq xalqını müdafiə etməkdəki mövqeyi olmasaydı və kürdlərdən və türkmənlərdən tutmuş, şiələrə, sünnilərə və izədilərə qədər İraq xalqını dəstəkləməsəydi, bu milləti kim müdafiə edəcəkdi?

Bu uca məqamlı şəhid əlavə edib: “İzədiləri Sincar mühasirəsindən kim xilas etdi?” Onda kim onlara kömək etdi? Ərbilə kim kömək etdi? Amirli mühasirəsini kim yardı? Amerikalılar sadəcə seyr edirdilər, Hacı Qasim isə helikopterlə Spaykerə – o zaman İŞİD-in mərkəzi sayılırdı və bir ada idi – uçdu.

O zaman biz vertolyotla Tikrit Universitetinə getdik və tamamilə mühasirədə ikən vertolyotla Amirliyə gəldik. Hacı Qasim və mən Təlafər hava limanının işğalından üç gün əvvəl oraya uçduq. Maxmur bölgəsində o və mən öldürülmək və ya mühasirə olunmaq üzrə idik.

Biz Ərbili müdafiə edirdik və İŞİD terrorçuları Əl-Küveyr körpüsündən keçmişdilər. Şəhid Əbu Mehdi Əl-Mühəndis reportajda iranlıların İraqda şəhid olduğunu və onların arxa cəbhədə deyil, ön cəbhədə vuruşduqlarını da vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =