Şəhid Süleymaninin qətlində təqsirli bilinənlərdən biri ABŞ-ın Yəməndəki səfiridir

Şəhid Süleymaninin qətlində təqsirli bilinənlərdən biri ABŞ-ın Yəməndəki səfiridir

Stiven Feqin ABŞ Senatının səsverməsi ilə ABŞ-ın Yəməndəki yeni səfiri oldu.

ABŞ Senatı bu gün (şənbə) qərargahı Ər-Riyadda yerləşən istefa vermiş Yəmən hökumətinin yeni səfiri Stiven Feqinin lehinə səs verib.

“Əl-Əxbaril-Yəməni” saytının məlumatına görə, Co Bayden 5 ay əvvəl bu vəzifəyə Stiven Feqini irəli sürmüş və bu, Senat daxilində etirazla qarşılanmışdı.

Səsvermə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bu gün keçirilən iclasında baş tutub və Stiven Feqin Yəmən müharibəsinə son qoymaq üçün hərtərəfli həll yolu ilə bağlı çıxış edib.

O, bundan əvvəl İraqın Ərbil şəhərindəki ABŞ konsulluğuna rəhbərlik edib.

Stiven Feqinin adı da Donald Tramp və Mayk Pameo kimi şəxslərlə yanaşı, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin General Qasım Süleymaninin qətlində əli olanlarla bağlı sanksiyalar siyahısındadır.

ABŞ-ın Yəmənə yeni səfirinin təyin edilməsi Co Baydenin seçki kampaniyası zamanı Yəmən müharibəsinə son qoymağı xarici siyasət prioritetlərindən biri etməyi vəd verdiyi bir vaxta təsadüf edir.

Amma nəinki Vaşinqton bu sahədə heç bir addım atmayıb, hətta Yəmən mənbələrinin məlumatına görə, ABŞ-ın Səudiyyə koalisiyasına dəstəyində önəmli bir dəyişiklik edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =