Şəhid Süleymaninin qatilləri cinayətlərinin cəzasını alacaqlar!

Şəhid Süleymaninin qatilləri cinayətlərinin cəzasını alacaqlar!

General hacı Qasim Süleymaninin əziz qanının bərəkəti ilə bugünkü müqavimət hərəkatı iki il qabaqkından rövnəqli və ümidvericidir.

General Süleymaninin pak cisminin dəfnində İran xalqının on milyonluq iştirakı  göstərdi ki, o ən milli simadır. Onun İslam dünyasında ad və xatirəsinin günbəgün artan nüfuzu sübut edir ki, əziz Süleymani İslam dünyasının da ən ümumümmət simasıdır.

Hacı Qasim yorulmaz və heyrətamiz təlaş və iş təcəssümüdür. İran xalqının qəhrəman generalı hər işdə şücaətli və müdrik idi. Düşmən və onun əlindəki vasitələri dəqiq tanımaqla meydana daxil olur və heyrətamiz işlər görürdü.

Düşmən düşünürdü ki, Süleymani, Əbu Mehdi və yoldaşlarının  şəhadətə çatması ilə iş bitir. Amma bu gün Amerika Əfqanıstandan qaçır, Suriyada çökdürülüb, Yəməndə Müqavimət cəbhəsi inkişaf etməkdədir.  Müqavimət hərəkatı və antiimperialist cərəyan bu gün daha rövnəqlidir…

Şəhid Süleymani həmişəlik bir həqiqətdir və əbədi yaşayacaq. Onun Tramp və sair qatilləri tarixin zibilliyində it-bat olacaq – əlbəttə ki, cinayətlərinin dünyəvi cəzasını aldıqdan sonra!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + six =