Şəhid Süleymaninin son saatlarından bəhs edən sənədli film çəkilib – FRAQMENT
İraqın “Həşduş-Şəəbi” təşkilatının media mərkəzi Şəhid Qasim Süleymani və Əbu Mehdi Mühəndisin son saatlarından bəhs edən sənədli film istehsal edib.
“ə-Saətul-Əxirə” adlanan sənədli film müqavimət komandriləri Şəhid Qasim Süleymani, Şəhid Əbu Mehdi Mühəndis və onların silahdaşlarının terror edildiyi tarixdə ekran ediləcək.
İranın SEPAH qüvvələrinin QÜDS qolunun komandiri Şəhid General Qasim Süleymani və İraqın Həşduş-Şəəbi təşkilatının rəis müavini Əbu Mehdi Mühəndisin şəhadətləri və pərdəarxası barədə çəkilən bu sənədli filmin rejissoru Əli Hədiddir.
İraqın Həşduş-Şəəbi təşkilatının informasiya portalı bu filmin ilk fraqmenti paylaşaraq elan edib ki, sənədli film şəhidlərin ildönümündə ekran ediləcək.
Iqna.ir