Səhiyyə təşkilatlarında yaşı 18-dən az olanlara meyitdən orqan götürmək qadağan edilir
Səhiyyə və tibb əmək ekspertizası təşkilatlarındа meyit orqan və toxumalarının götürülməsi, hazırlanması və saxlanılmasında yaşı 18-dən az olan işçilərin əməyindən istifadə qadağan edilib.
Nazirlər Kabineti bununla bağlı “Yaşı 18-dən az olan işçilərin 2 əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nda müvafiq dəyişiklik edib.
Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, qərar “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.
Apa