Şəhristani Ayətullah Sistani ilə Ayətullah Xameneinin əlaqələri haqqında danışdı

Şəhristani Ayətullah Sistani ilə Ayətullah Xameneinin əlaqələri haqqında danışdı

Ayətullah Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Şəhristani İslam Təbliğatı Qurumunun Mədəniyyət və Təbliğ müdiri ilə görüşündə İraqın mərcei-təqlidi Ayətullah Sistani ilə İran İslam İnqilabı rəhbəri Ayətullah Xamenei arasındakı münasibətlə əlaqədar mühüm nüanslara toxunub.  

Bu barədə Ayətullah Sistaniyə yaxınlığı ilə bilinən “Shafaqna” saytı məlumat yayıb.  

Bu görüşün bir hissəsində Ayətullah Şəhristani belə deyib: “Bəziləri mərcei-təqlidlər arasında ixtilaf yaratmağa çalışır; lakin mərcei-təqlidlərin bəsirətləri onların məqsədlərinin həyata keçməsinə mane olur”.  

Ayətullah Şəhristani sözlərini belə davam edib:  “İslam İnqilabı rəhbəri ilə Ayətullah Sistani arasında çox yaxşı və möhkəm bir əlaqə var. Bəziləri bu əlaqəni pozmaq istəyir, lakin Allahın lütfü ilə bu əlaqə gündən-günə güclənir.  

İslami nizamı qorumaq çox vacibdir; Allah qorusun, bir gün İslam nizamı zədələnsə, hamı əziyyət çəkəcək. Birlikdə əl-ələ verib onu qorumalıyıq”.

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + twenty =