Səki ilə gedən gənc avtomobilin altında qaldı – Dəhşətli qəza! (Video İzlə)
Sizinyol Xarici KİV-ə istinadən xəbər verir:
Türkiyənin Yalova şəhərinin Kadıköy bölgəsində baş verən qəza zamanı avtomobilini park etməyə çalışan sürücü səki ilə gedən lisey şagirdinə çırpılıb. Zərbənin gücü nəticəsində gənc qız avtomobilin altında qalıb və ağır yaralanıb. Şahidlərin sözlərinə görə hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. Yaralının vəziyyətinin kritik olduğu və həkimlərin ona intensiv tibbi yardım göstərdiyi bildirilib. Hüquq-mühafizə orqanları hadisənin detalları ilə bağlı araşdırmalara başlayıb. Qəzaya səbəb olan sürücünün məsuliyyətsizliyi və hadisənin tam detalları rəsmi açıqlamalarla müəyyən ediləcək. Əlavə məlumat üçün bizi izləyin