Şəmkirdə maşın piyadanı vuraraq öldürüb
Şəmkirdə piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını yolu keçmək istəyən Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Əmiraslan Əliyevi vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.