Şəmxani: Sanksiyalar aradan qaldırılarsa, bu gün Vaşinqtonla razılığa gələcəyik

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani bildirib ki, ABŞ bütün iqtisadi sanksiyaları ləğv edərsə, Tehran dərhal Vaşinqtonla saziş imzalamağa hazırdır. Şamxani həmçinin vurğulayıb ki, İran nüvə silahı istehsal etməmək və zənginləşdirilmiş uran ehtiyatını məhv etmək kimi öhdəliklər götürəcək.
Əli Şəmxani açıqlayıb ki, Tehran yalnız ABŞ-ın tətbiq etdiyi bütün iqtisadi sanksiyaların ləğvi ilə Vaşinqtonla razılaşmanı qəbul etmək niyyətindədir.
Şəmxani NBC televiziyasına müsahibəsində vurğulayıb ki, İran “mütləq nüvə silahı yaratmamaq, silahlarda istifadə oluna bilən yüksək zənginləşdirilmiş uran ehtiyatını məhv etmək, uranın yalnız mülki ehtiyacları ödəyəcək aşağı səviyyədə zənginləşdirilməsinə razılıq vermək və beynəlxalq müfəttişlərin bu prosesi izləməsinə icazə vermək” öhdəliyinə sadiqdir.
Bununla belə, Şamxani Tehranın bu mühüm addımları ancaq ölkəsinə qarşı bütün Amerika sanksiyalarının ləğvi müqabilində atacağını açıq şəkildə ifadə edib.
Şamxani şərtlər yerinə yetirildiyi təqdirdə İranın bu gün də müqaviləni imzalamağa hazır olduğunu bildirərək, “Bu hələ də mümkündür. Amerikalılar dediklərini etsə, mütləq daha yaxşı əlaqələr qura bilərik” dedi.
O əlavə edib ki, bu, “yaxın gələcəkdə vəziyyəti yaxşılaşdıracaq”.
Digər tərəfdən ABŞ prezidenti Donald Trampın təhdid dolu ritorikasının davam etməsindən kədərləndiyini bildirən Şamxani “O, bizim görə bilmədiyimiz zeytun budağından danışır. Hər şey tikanlı məftildir” deyib.