Səna: Əsirlərimizə müxtəlif yollarla işgəncə verilib

Səna: Əsirlərimizə müxtəlif yollarla işgəncə verilib

Sizinyol xaric imediaya istinadən xəbər verir:

Yəmən Milli Qurtuluş Hökuməti ilə Səudiyyə koalisiyası arasında məhbus mübadiləsinin ikinci mərhələsi başa çatdıqdan sonra, Milli Qurtuluş Hökumətindəki danışıqlar qrupunun rəhbəri yəmənli məhbuslara müxtəlif yollarla işgəncə verildiyini, bəzilərinin düşmən həbsxanalarında öldürüldüyünü açıqladı.

Yəmən danışıqlar heyətinin rəhbəri Məhəmməd Əbdülssalam bu gün (cümə) Əl-Məsirə şəbəkəsinə müsahibə verib.

Məhəmməd Əbdüssalam sərbəst buraxılan məhbusların rəsmi qarşılanmasının bu insanların azadlıq və müstəqillik uğrunda mübarizənin bir hissəsi olduğunu göstərdiyini söylədi. Digər tərəfdən qarşılama mərasimi məhbusların hər birinin arxasında bir millətin dayandığını sübut etdi

Əbdüssalam əsirlərin acınacaqlı hadisələrindən təəssüfləndiyini, onlarla məhbusun işgəncə gördüyünü və bəzilərinin öldürüldüyünü söylədi.

Yəmən danışıqlar qrupunun rəhbəri Səudiyyə koalisiyasının dini və əxlaqı tanımadığını vurğulayaraq, məhbusların həyatı ilə bağlı qarşı tərəfin məsuliyyət daşıdığını açıqladı. Hətta onlardan bəzilərinin öldürülərək daxili orqanlarının satıldığını bildirdi.

Sonda Səudiyyə koalisiyasının xüsusi plana sahib olduğunu və Yəməndə həqiqi sülhü istəmədiyini dedi.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri də bu gün məhbuslara hörmətlə yanaşmağın vacibliyini vurğulayaraq düşmən məhbuslar arasında 70 Əl-Qaidə üzvü olduğunu bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 18 =