Səna: ABŞ-ın Ənsarullaha hücumları Yəmənin sionist rejimə mənfi təsirini göstərir

Səna: ABŞ-ın Ənsarullaha hücumları Yəmənin sionist rejimə mənfi təsirini göstərir

Yəmən Ali Şurası Amerikanın Ənsarullah Hərəkatının terrorçular siyahısına salmasını Ənsarullahın sionist rejimə aktiv müqavimətinin göstəricisi kimi dəyərləndirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmən Ali Şurası ABŞ-ın Ənsarullah Hərəkatının terrorçular siyahısına salınmasına reaksiya olaraq elan edib: Amerikanın bu düşmənçilik siyasəti heç də məzlum Fələstin xalqına dəstəyimizə mane olmayacaq.

Ali Şuranın yayımladığı bəyanatda deyilir: Vaşinqtonun bu mövqeyi işğalçı sionist rejimin cinayətlərinə davam etməsinə israr olmaqdan əlavə, Yəmənin Fələstinə dəstəklərinin müsbət təsirlərinin nəticəsidir.

Bəyanatda həmçinin vurğulanır: Amerikanın hazırladığı yeni terrorçular siyahısı bizim mövqeyimizə zərrə qədər də təsir etməyəcək. Çünki biz bu siyahını yox hesab edirik.

Bəyanatın sonunda Yəmən Ali Şurası Amerikanın Ənsarullahı daxil etdiyi terrorçular siyahısının təsdiqlənməsi ilə bu ölkənin Fələstinə dəstəklərini daha da möhkəmlənməsi və artırılmasına səbəb olacağı da qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + twenty =