Səna  Amerikanın 10-cu MQ_9 pilotsuz təyyarəsini vurdu

Səna  Amerikanın 10-cu MQ_9 pilotsuz təyyarəsini vurdu

Yəmən silahlı qüvvələrinin sözçüsü müdafiə qüvvələrinin Zemar səmasında Amerikanın daha bir pilotsuz təyyarəsini vurduğundan xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, general Yəhya Səri dünən (16 sentyabr) bu xəbəri təsdiqləyərək deyib: İlahi yardımlar sayəsində havadan müdafiə qüvvələrimiz Zemar əyalətinin hava məkanında yer-hava raketi ilə Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurduq. Beləliklə də Əl Əqsa Tufanı əməliyyatı və Fələstin xalqına dəstək olaraq, Yəmənin hava hücumundan müdafiəsi bu tip onuncu pilotsuz təyyarəni vurmağı bacardı.

Qeyd edək ki, bu həftə ərzində bu, Yəmən səmasında tutularaq məhv edilən üçüncü MQ-9 pilotsuz təyyarəsidir. Yəməndəki qeyri-rəsmi mənbələr dünən səhər saatlarında ölkənin hava hücumundan müdafiə qüvvələrinin Zemar əyalətinin səmasında ölkə ərazisini pozduğu üçün Amerika pilotsuz təyyarəsini müəyyən edib onu vura bildiyini açıqlayıb.

Yəmən Silahlı Qüvvələri həmçinin Fələstin xalqına kömək etməyə davam edəcəyini və bu əməliyyatların yalnız Qəzza zolağına təcavüz və mühasirələrin bitəcəyi təqdirdə dayanacağını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − ten =