Səna: Biz İsrailin həssas mərkəzlərini hədəf aldıq

Səna: Biz İsrailin həssas mərkəzlərini hədəf aldıq

Yəmən silahlı qüvvələrinin sözçüsü sionist rejimin işğal olunmuş Fələstindəki həssas mərkəzlərinə pilotsuz təyyarələrin hücumlarını açıqlayıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bazar ertəsi günü son bir neçə saat ərzində sionist rejimin işğal olunmuş Fələstindəki həssas hədəflərini vuran pilotsuz təyyarə hücumu barədə açıqlama verib.

Səri həmçinin bildirib ki, bu əməliyyatdan sonra hədəf alınan bazalar və hava limanlarında bir neçə saat ərzində bütün fəaliyyətlər dayandırılıb.

O, sonda vurğulayıb: Yəmən silahlı qüvvələri Allaha təvəkkül edərək, İsrailin Qəzzadakı qardaşlarımıza qarşı vəhşi təcavüzünü dayandırmaq üçün məzlum Fələstin xalqına dəstək verir və daha çox hərbi əməliyyatlar həyata keçirəcək.

İraqın İslami Müqaviməti bir neçə dəqiqə əvvəl elan edib ki, bazar ertəsi səhərdən bəri Suriya və İraqdakı ABŞ-ın dörd hərbi bazasını altı dəfə hədəfə alıb.

Bu bəyanatda deyilir: İraqın qərbindəki Ayn əl-Əsəd bazasına üç hücum, İraqın şimalında Ərbil, Suriyanın şimalında Teləl-Bidr və Suriyanın cənubunda Ət-Tənif yaxınlığındakı bazaların hər birinə bir hücum olub.

Bu müqavimət qrupu bu hücumların müvafiq silahlarla həyata keçirildiyini və hədəfləri vurduğunu açıqlayıb.

Bir saat əvvəl “Əl-Məyadin” xəbər kanalı intiharçı pilotsuz təyyarənin Suriyanın şimal-şərqindəki Amerika işğalının bazasını hədəf aldığını bildirib. Bu baza Suriyanın şimal-şərqində yerləşən Əl-Həsakənin şimalındakı “Qəsrək” kəndi yaxınlığında yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 7 =