Səna: Düşmən verilən möhləti dəyərləndirməsə, daha ağrılı variantlarla qarşılaşacaq

Səna: Düşmən verilən möhləti dəyərləndirməsə, daha ağrılı variantlarla qarşılaşacaq

Yəmən Ali Siyasi Şurasının rəhbəri Yəmən xalqının qanuni haqlarını müdafiə etmək üçün Sənanın Səudiyyə Ərəbistanına verdiyi üç günlük möhlətlə bağlı deyib: Düşmən müsbət cavab vermədiyi təqdirdə daha ağrılı variantlardan istifadə ediləcək.

Məlumata görə, Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi Əl-Məşat çərşənbə axşamı televiziyaya verdiyi müsahibədə deyib:

Səna planı (birtərəfli atəşkəs və Yəmənə qarşı təcavüz və mühasirəni dayandırmaq üçün üç günlük möhlət), eləcə də, əvvəlki əməliyyatlar (Səudiyyə ərazisinin dərinliklərinə pilotsuz təyyarələr göndərmək və raket zərbələri endirmək) Yəmən xalqının qanuni hüquqlarını müdafiə etmək məqsədi daşıyır.

O vurğulayıb: “Düşmən ağıl və məntiqin səsinə qulaq asmasa, səkkizinci ilin sürprizlərlə dolu olacağını görəcək. Bütün seçimlərimiz masadadır və sürprizlər qarşıdadır; Amma ümid edirik ki, düşmən ağlın səsini eşidər.”

Əl-Məşat əlavə edib: “Mühasirəni yarmaq və həmçinin neytral ölkədə dialoqa hazır olduğumuzu bildirməyimizin Ər-Riyadda Yəmən sülh sammitinin keçirilməsi ilə bağlı Əməkdaşlıq Şurasının tənzimləmələri ilə heç bir əlaqəsi yoxdur.”

Yəmənin Ali Siyasi Şurasının sədri vurğulayıb: “Biz hərtərəfli həllərə nail olmaq üçün ciddi səylər göstərməyə çağırırıq və Ər-Riyad sammitinin təşkili sülh istiqamətində deyil. Əgər sülh prosesi ciddi olsaydı, biz iştirak etməyə hazır olardıq.

Düşmənlər öz ambisiyalarını həyata keçirirlər, halbuki, biz xalqımızın hüquqlarına nail olmaq üçün bütün səviyyələrdə çalışırıq. “

Əl-Məşat deyib: “Təhlükəsizlik Şurasının iclasından əvvəl BMT nümayəndəsinə humanitar təklif təqdim etdik, təəssüf ki, heç bir cavab gəlmədi. BMT və bir çox beynəlxalq tərəflər və hətta ikitərəfli danışıqlarda düşmənlər də bizim təklifiizin məntiqli olduğunu etiraf edirlər. “

Yanacaq daşıyan gəminin Yəmənə girişini təmin edə bilməyən BMT nümayəndəsini qəbul etmək bizim üçün çətindir, çünki o, digərlərindən daha bacarıqsızdır.”

“Müharibə davam edir və getdikcə pisləşir və biz indicə daha şiddətli seçimlər etməyə başlamışıq.” – deyən Əl-Məşat, münaqişənin daha da genişlənəcəyini bildirib.

Biz BƏƏ-dəki Əz-Zəfra bazasını hədəf aldığımız üçün peşman deyilik və Əmirlik xalqı bunu bir çağırış hesab etməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − three =