Səna hökuməti: Səudiyyə və BƏƏ-nin Trampın qazanması üçün xərclədiyi milyardlarla dollar pul məhv oldu
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Yəmən Ənsarullahın dəstəklədiyi Səna hökumətinin Baş Naziri ofisinin direktoru şənbə günü Donald Trampın məğlub olması və Co Baydenin ABŞ Prezident seçkilərində qazandığı zəfər barədə dedi:
Səudiyyə Ərəbistanı və BƏƏ hökumətlərinin Baydeni məğlub etməsi üçün xərclədikləri milyardlarla dollar pul tələf oldu.
O: “Trampın məğlubiyyətindən və Riyadın Trampın qələbəsi üçün xərclədiyi milyardlarla dolların məhv olması Bayden rəhbərliyinə güvənmək və ona nikbin olmaq demək deyil.” – dedi.
Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Əli Əl-Qahum “ABŞ hökumətindəki insanların dəyişməsi ABŞ-ın müstəmləkə siyasətini heç vaxt dəyişdirməyəcək.” – deyə bildirdi.
Əlavə etdi: “ABŞ hökumətinin siyasətini idarə edən və bölgədəki dağıdıcı planları istiqamətində onu yönləndirən sionist lobbidir.”
Co Bayden Donald Trampın yalnız 214 elektral səsinə qarşı 290 elektral səslə ABŞ-ın 46-cı Prezidenti və Kamala Harris ilk qadın vitse-prezident olaraq seçildi.
Bayden ABŞ Prezident seçkilərində qalib gəldiyini elan etdikdən sonra, şənbə gecəsi ilk tvitində yazdı: ” Bütün amerikalıların – mənə səs verənlərin də, səs verməyənlərin də Prezidenti olacağam.”