Səna: Qırmızı dənizdə bir Amerika esminesi və bir gəmini hədəf aldıq!

Səna: Qırmızı dənizdə bir Amerika esminesi və bir gəmini hədəf aldıq!

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bu gün Qırmızı dənizdə yeni və uğurlu anti-sionist əməliyyatı haqqında məlumat verib.Yəmən silahlı qüvvələrinin sözçüsü gəmilərin işğal olunmuş Fələstinin limanlarına keçidinə qoyulan qadağanı pozduqdan sonra ABŞ-ın “Mason” esminesinin, həmçinin “Destiny” gəmisinin Qırmızı dənizdə hədəfə alındığını açıqlayıb.

Briqada generalı Yəhya Səri izah edib ki, Yəmən qüvvələri uğurlu hərbi əməliyyat zamanı Amerikanın “Mason” esminesini bir neçə yüksək dəqiqliyə malik raketlə hədəfə alıb.

Yəhya Səri əlavə edib ki, Yəmənin dəniz qüvvələri raket və pilotsuz təyyarələrlə işğal olunmuş Fələstin ərazilərinə doğru hərəkətin qadağan olunması ilə bağlı xəbərdarlıqlara əhəmiyyət verməyən “Destiny” gəmisini diqqətlə hədəfə alıb. Bu gəmi aprelin 20-dən kamuflyajdan istifadə edərək işğal altındakı Fələstinin Umm ər-Rəşaş (Eylat) limanına gedirdi. Halbuki daha öncələr ABŞ bu gəminin başqa limana getdiyini iddia edirdi.

Yəmən silahlı qüvvələrinin sözçüsü Qəzza zolağında soyqırımı tamamilə dayandırılana qədər anti-sionist əməliyyatların davam etdirilməsini bir daha vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − two =