Səna Səudiyyə koalisiyasına Yəmən neftinin oğurlanmasının davam etməsi ilə bağlı xəbərdarlıq edib

Səna Səudiyyə koalisiyasına Yəmən neftinin oğurlanmasının davam etməsi ilə bağlı xəbərdarlıq edib

Yəmənin Milli Qurtuluş Hökuməti təcavüzkar Səudiyyə koalisiyasına xəbərdarlıq edərək, bu koalisiyaya üzv ölkələrin Yəmən xalqının haqlarına hörmətlə yanaşmaq və onların neftini oğurlamamağa çağırıb.

Yəmənin Sənadakı Milli Qurtuluş hökumətində xarici işlər nazirinin müavini olan “Hüseyn Əl-Əzi” öz Twitter səhifəsində Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyaya xəbərdarlıq edib və yazıb:

Heç kim Səna qədər sülhə sadiq deyil. Bəzi yəmənlilər aclıqdan ölərkən dünya Yəmənin neftinin talanını müşahidə edir. Bu mənzərə səbrimizi daşırır.

Sonda o, həmçinin yazıb: Sülhsevər bir insan olaraq sizə məzlum xalqımın hüquqlarına hörmət etməyi tövsiyə edirəm, Sənaya qarşı növbəti təxribat xarakterli hərəkətlərə qarşı xəbərdarlıq edirəm.

Ötən gecə yerli mənbələr Yəmənin Həzrəmovt əyalətinin mərkəzində yerləşən Əz-Zabə limanında neft tankerinin partlaması barədə məlumat yayıb. Məlumata görə, hücum pilotsuz təyyarə ilə həyata keçirilib. Yəmənin yerli mənbələri həmçinin Əz-Zabə neft limanındakı tankerin partlayışlardan sonra onun alovlandığını və Makla ilə Əl-Şəhr şəhərləri arasında əlaqənin kəsildiyini açıqlayıb.

Bununla əlaqədar, bu gün səhər Yəmənin Milli Qurtuluş Hökumətinin Ali İqtisadiyyat Komitəsi bəyanat yayaraq, ölkə silahlı qüvvələrinin “Həzrəmovt” əyalətinin “Əz-Zabə” limanında pilotsuz uçan aparatdan bu limandan qeyri-qanuni yollarla neft nəql etmək niyyətində olan xarici neft tankerinə qarşı uğurlu əməliyyatını təbrik edib. Hər hansı bir xam neft ixracının hər hansı tərəf, qurum və ya ölkə tərəfindən çox ciddi qəbul edilməli olan qadağalar çərçivəsində olduğunu açıqlayıb.

Cümə günü neftin talanmasının qarşısı alınan “Nessos Kea” neft tankeri “Marşal adaları” bayrağı altında Cənubi Koreyanın limanlarından birindən Əz-Zabə limanına doğru hərəkət edirb.

“Nessos Kea” neft tankeri təxminən 186 milyon dollar dəyərində iki milyon barel xam nefti qarət edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − seven =