Səna: Səudiyyə koalisiyasının humanitar məsələləri oyuncağa çevirməsi regionu fəlakətə sürükləyir

Səna: Səudiyyə koalisiyasının humanitar məsələləri oyuncağa çevirməsi regionu fəlakətə sürükləyir

Yəmənin Milli Qurtuluş Hökumətinin müdafiə naziri strateji çəkindirmə prinsipinin davam etdirilməsini vurğulayaraq, Səudiyyə koalisiyasına xəbərdarlıq edib ki, Yəməndə humanitar məsələləri oyuncağa çevirməni davam etmək bütün regionda fəlakətə səbəb olacaq.

Yəmənin Milli Qurtuluş Hökumətinin müdafiə naziri Məhəmməd Nasir Əl-Atifi bu çərşənbə axşamı hökumət şurasının iclasında təcavüzkar koalisiyanın mühasirəni davam etdirərək Yəmən xalqına qarşı düşmənçiliklərini gücləndirdiyini vurğulayıb.

Əl-Məsirə xəbər kanalı Əl-Atifiyə istinadən xəbər verir ki, təcavüzkar Səudiyyə koalisiyası Yəmənin daxili cəbhəsinə zərbə vurmaq üçün psixoloji müharibəyə və söz-söhbətə əl atıb, çünki Yəmən xalqının iradəsinə xələl yetirə bilməyib.

Yəmən ordusunun strateji çəkindirmə prinsipindən istifadə etməyə davam etdiyinə işarə edərək, Səudiyyə koalisiyasının Sənanın Yəmən xalqının haqları üzərində bazarlıq etməsinə icazə verməyəcəyini, lazım gələrsə, güc yolu ilə haqqını alacağını anlamalı olduğuna işarə edib.

Yəmənli nazir Səudiyyə koalisiyasına xəbərdarlıq edib və aydınlaşdırıb ki, təcavüzkarlar sülh fürsətini əldən verməkdə israr etsələr, risklərin miqdarı onlar üçün heç bir əhəmiyyət kəsb etməyəcək.

Bununla əlaqədar olaraq, Fransanın “News-24” xəbər saytı Sənanın Amerikanı Yəməndə sülhə əsas maneə hesab etdiyini və bu yaxınlarda Amerika qüvvələrinin Babəl-Məndəb və Yəmən sahilləri yaxınlığında mövcudluğunun gəmiçilik üçün bir təhlükə olduğunu bildirib.

Əslində Yəmən rəsmiləri Ər-Riyad və Əbu-Dabinin Yəmənin neft ehtiyatlarını oğurlaması ilə yanaşı, Səudiyyə Ərəbistanının ABŞ-ın vəkili kimi bu ölkəyə qarşı müharibəsini davam etdirdiyini vurğulayırlar.

Bu hesabata görə, Səudiyyə Ərəbistanı indi Yəmənə qarşı müharibəni bitirmək fürsətinə malikdir və bunu etməsə, Yəmənin Səudiyyənin mühüm infrastrukturlarına ballistik və qanadlı raket hücumları ölkəni birbaşa danışıqlar masasına qayıtmağa məcbur edə bilər.

Sonda, bu xəbər saytı vurğulayıb ki, hadisələrin dəyişməsindən asılı olmayaraq, Amerikanın Ərəbistan yarımadasındakı nüfuzu sürətlə azalır və onun mirasının bir hissəsi 400 mindən çox yəmənlinin həyatına son qoyan amansız müharibədir.  Buna baxmayaraq, hələ də Bayden buna son qoymağa hazır deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 7 =