Səna səudiyyəlilərin sərhəddə törətdiyi cinayət qarşısında beynəlxalq ictimaiyyətin susmasını pisləyib

Səna səudiyyəlilərin sərhəddə törətdiyi cinayət qarşısında beynəlxalq ictimaiyyətin susmasını pisləyib

Yəmənin Milli Qurtuluş Hökumətinin İnsan Haqları Naziri Səudiyyə Ərəbistanının sərhəd bölgələrində bu ölkə vətəndaşlarına qarşı cinayətlərini və beynəlxalq ictimaiyyətin susqunluğunu pisləyib.

Yəmənin Milli Qurtuluş Hökumətinin İnsan Haqları Naziri Əli Əd-Deyləmi bildirib ki, səudiyyəlilərin sərhəd bölgələrində cinayəti beynəlxalq ictimaiyyətin sükutunun kölgəsində gündəlik olaraq baş verir.

O, “Əl-Məsirə” saytına müsahibəsində deyib ki, beynəlxalq təşkilatlar sərhəddə səudiyyəlilərin bu cinayətinin qarşısını almaq üçün heç bir tədbir görmürlər.

Əli Əd-Deyləmi həmçinin bildirib: Beynəlxalq ictimaiyyət həmişə ABŞ-ın tələblərinə tabedir və düşmənin yəmənlilərə qarşı davamlı cinayətlərinin ortağıdır.

Yəmənin Milli Qurtuluş Hökumətinin bu naziri bəyan edib ki, İnsan Haqları Nazirliyi səudiyyəlilərin sərhəddə törətdikləri cinayətləri izləyib qeydə alıb və bu cinayətlər barədə insan haqları təşkilatlarını məlumatlandırıb. Lakin beynəlxalq təşkilatlar öz humanitar vəzifələrini yerinə yetirmir.

O bildirib ki, donor ölkələrin maliyyə yardımlarının böyük hissəsi beynəlxalq təşkilatlara verilib, Yəmən vətəndaşı bundan ancaq az istifadə edir.

Yəmən mənbələri Səudiyyə ordusunun Şəda sərhəd bölgəsində artilleriya hücumu nəticəsində bir nəfərin şəhadətini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 2 =