Səna: Vaşinqton Yəmən sahillərində hərbi mövcudluğunu gücləndirməyə çalışır

Səna: Vaşinqton Yəmən sahillərində hərbi mövcudluğunu gücləndirməyə çalışır

Yəmənin Ənsarullah hərəkatı ABŞ-ı Yəmən sahillərində hərbi varlığını gücləndirmək cəhdində və bu ölkədə müharibənin davam etdirilməsində ittiham edib və amerikalıların silah yüklərinin ələ keçirilməsi ilə bağlı iddialarını yalan adlandırıb.

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Əli Əl-Qəhum Tvitter hesabında yazıb: “Amerikalıların silah göndərilməsi ilə bağlı yalan və uydurma iddiaları təcavüzkar və cinayət prosesinin və Yəmən xalqına qarşı geniş sui-qəsdlərin davam etməsinin açıq təsdiqidir.”

O, əlavə edib: Silahların göndərilməsi ilə bağlı iddialar onların (amerikalıların) gərginliyi gücləndirmək və təcavüzü, Yəmənin blokadasını və humanitar problemləri qızışdırmaq və ümumi sülhün bərqərar olmasının qarşısını almaq səylərinə xidmət edir.

Əl-Qəhum bəyan edib: Amerikanın bu mərhələdəki təcavüzkar davranışı hərbi mövcudluğun intensivləşməsi, Yəmən, Babəl-Məndəb, Həzrəməvt və Əl-Möhrə sahillərində hərbi qüvvələrin gücləndirilməsi və hərbi bazaların inşası ilə müşayiət olunur.

Bu Ənsarullah rəsmisi Amerikanı işğal olunmuş ərazilərdə sələfiləri və terror təşkilatları olan Əl-Qaidə və İŞİD ünsürlərini gücləndirməkdə ittiham edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + sixteen =