Sərayəl Qüds: Bir neçə sionist girov intihar edib

Sərayəl Qüds: Bir neçə sionist girov intihar edib

Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan “Səraya əl-Qüds”ün sözçüsü sionist rejimin Nazirlər Kabinetinin sionist məhbusların azad edilməsinə biganəliyinə işarə edərək, bəzi girovların intihara cəhd etməsi barədə məlumat verib.

İRNA-nın verdiyi məlumata görə, Saraya əl-Qüdsün sözçüsü “Əbu Həmzə” bu gün (3 iyul) deyib:  İsrail hökumətinin laqeydliyi ucbatından hədsiz məyusluq nəticəsində bir neçə düşmən girovu intihar edib.

Əbu Həmzə həmçinin deyib: Bu girovlar əvvəllər onlara verilən bəzi xidmətlərdən məhrum olublar və bunun səbəbi isə cinayətkar düşmənin Nuseyratda törətdikləri cinayətlərdir. Bundan əlavə, sionist rejimin həbsxanalarında fələstinli məhbuslara davamlı işgəncə siyasətinin davam etdirilməsi girovlara qarşı münasibətin dəyişməsi ilə nəticələnə bilər.

Əbu Həmzə vurğulayıb: Biz terrorçuların kabineti Fələstin xalqı və məhbuslarımıza qarşı qəddar hərəkətləri dayandırana qədər sionist həbsxanalarında fələstinli məhbuslarla necə rəftar edilirsə, düşmən girovlarla da elə davranmaq qərarına gəldik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + thirteen =