Sərayəl-Qüds “Sedirot” və “Məflasim”ə raket zərbələri endirib

Sərayəl-Qüds “Sedirot” və “Məflasim”ə raket zərbələri endirib

 İslami Cihad hərəkatının hərbi qanadı cümə günü sionistlərin bir neçə yaşayış məntəqəsini raket hücumları ilə hədəfə alıb.

İRNA-nın cümə günü Fələstin Əl-Yəvm-ə istinadla verdiyi xəbərə görə, Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Sərayəl-Qüds batalyonları Əl-Əqsa tufanı əməliyyatının davamı olaraq sionistlərin “Sedirot” qəsəbəsini raket hücumları ilə hədəfə alıb.

İslami Cihad hərəkatının hərbi şöbəsi bir bəyanatda elan edib: Sionistlərin “Məflasim” qəsəbəsini və Qəzza zolağında bir sıra yaşayış məntəqələrini də hədəfə aldıq.

Bu bəyanatın bir hissəsində Məflasimdə toplanan sionist qüvvələrin hədəfə alındığı açıqlanıb.

Əl-Əqsa tufanı əməliyyatının 14-cü gününə girməsi və sionist rejimə qarşı döyüşdə müqavimət döyüşçüləri tərəfindən unikal qələbələr qazanmağa davam etməsi ilə yanaşı fələstinli döyüşçülərlə qarşı-qarşıya gəlməkdə aciz qalan İsrail ordusu çılğıncasına yaşayış məntəqələrini, xəstəxanaları, məscidlər və fələstinli qaçqınların toplaşdığı yerləri bombalamağa başlayıb.

İşğal olunmuş ərazilərdə müqavimət əməliyyatlarını dayandırmaq səyləri heç bir işə yaramayan və Fələstin müqavimətinin misilsiz qələbəsi qarşısında hələ də şokda olan saxta sionist rejim Fələstinli mülki vətəndaşları hədəfə almaqda və onların məcburi köçə vadar etməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + sixteen =