Sərayal Qüds: Əl Əqsa Tufanı əməliyyatı Qərb sahilinə daxil olacaq

Sərayal Qüds: Əl Əqsa Tufanı əməliyyatı Qərb sahilinə daxil olacaq

İslami Cihad Hərəkatının qolu olan Sərayal Qüdsün mətbuat katibi deyib: Əl Əqsa Tufanı əməliyyatı yalnız Qəzzə ilə məhdudlaşmayıb. Livanın cənubunda baş verənlər tufanın sadəcə bir hissəsidir.

Əl Aləm telekanalının məlumatına əsasən, Əbu Həmzə bu gün səhər tezdən (12 oktyabr) audiomesaj verərək deyib: Faktiki olaraq İordan çayının qərb sahilinə girişimizi rəsmi surətdə elan edir, Əl Əqsa Tufanının işğal olunmuş torpaqlara qədər gedəcəyini bildiririk.

Əbu Həmzə Sionist rejimə xitab edərək deyib: Biz Fələstində hazırlıq gördüyümüz kimi uzaqlarda da sizin üçün hazırlaşdıq. Qəzzədə gördüklərinizi başqa yerlərdə də görəcəksiniz.

Sərayal Qüds sözçüsü həmçinin deyib: Alovlar genişlənməkdədir. Livanın cənubunda olan alov bu tufanın sadəcə cüzi bir hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 9 =