Sərayal Qüds sionistlərə: Cəhənnəmə xoş gəlmisiniz!

Sərayal Qüds sionistlərə: Cəhənnəmə xoş gəlmisiniz!

Fələstin İslami Cihad Hərəkatının qolu olan Sərayal Qüds batalyonunun sözçüsü sionist rejimin Qəzzəyə qurudan hücum təhdidlərinə reaksiya olaraq deyib:Burana sizi cəhənnəm gözləyir!

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əbu Həmzə dünən axşam (15 oktyabr) audiomüraciətdə deyib: Müqvimət dəstələri həmişəki kimi möhkəm iradə ilə mübarizəyə davam edirlər. Düşmən İsrail heç vaxt müqavimətin polad iradəsini zəiflədə bilməz.

Əbu Həmzə həmçinin deyib: Bizi təhdid edən işğalçılar üçün burada cəhənnəm tədarük görmüşük. Müqavimətin qələbədən başqa heç bir məqsədi yoxdur.

Sionist hərbçilərə xitab edən Əbu Həmzə daha sonra deyib: Biz sizi işğal olunmuş torpaqlarda məğlub edəcəyik. Siz yaşamaq arzusunda olan zəif iradəli insanlar yetişdirdiyiniz kimi, biz də şəhidlərimizlə, blokadalarla, işğalla əlbəyaxa vəziyyətdə sizinlə vuruşmaq üçün Allah yolunda mübarizə aparan igidlər yetişdirmişik. Belə isə cəhənnəmə xoş gəlirsiniz!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − three =