Sərbəst buraxılan fələstinli əsir: Fələstinin azad edilməsi danışıqlar yolu ilə baş vermir

Sərbəst buraxılan fələstinli əsir: Fələstinin azad edilməsi danışıqlar yolu ilə baş vermir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

104 günlük aclıq aksiyasından sonra yeni sərbəst buraxılan fələstinli məhbus Mahir Əl-Əxrəs Fələstin xalqının son qələbəyə qədər mübarizə aparacağını söylədi. 104 günlük aclıq aksiyasından sonra nəhayət bu gün (cümə axşamı) sərbəst buraxılan Mahir Əl-Əxrəs bir çıxışında müqaviməti “sionist işğalçılar üzərində qələbəyə aparan yeganə yol” adlandırdı.

Əl-Əxrəs bir çıxışında bildirdi: “Fələstinin azad edilməsinin danışıqlar yolu ilə olmayacaq, çünki danışıqlar təhqir və Fələstin Muxtariyyət Təşkilatının Oslo sazişindən üz çevirməsi deməkdir.”

Əlavə etdi: “İşğalçı Sionist rejimin məqsədi fələstinliləri bir-birinin canına salmaqdır və bunun baş verməsinə imkan verməyəcəyik və son qələbəyə qədər müqavimət göstərəcəyik”

O, aclıq aksiyasının Fələstin xalqının adına olduğunu və zəfərini Fələstin xalqına həsr etdiyini vurğuladı.

Sputnik-ə verdiyi ayrı bir reportajda Mahir Əl-Axrəs həbsxana gözətçilərinin və hətta həkimlərin ona insan kimi yanaşmadıqlarını və məhkumlara heyvan kimi davrandıqlarını söylədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 2 =