Sərdar Kövsəri: Özünümüdafiə silahlarına sahib olmaq bizim haqqımızdır

Sərdar Kövsəri: Özünümüdafiə silahlarına sahib olmaq bizim haqqımızdır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Baş Komandanının müşaviri Sərdar Muhəmməd İsmayıl Kövsəri Yəmənin Əl-Məsirə telekanalına verdiyi müsahibədə İranın ərazilərinə qarşı istənilən təcavüzə sarsıdıcı cavab veriləcəyini vurğulayıb.

Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müşaviri deyib: “Özünümüdafiə silahlarına sahib olmaq bizim haqqımızdır və qətiyyən müzakirə mövzusu ola bilməz. Bu təbii bir məsələdir.”

Sərdar Kövsəri sözünə belə davam edib: “İran heç bir zaman müharibə istəməmişdir, lakin İran istənilən təcavüzün qarşısını almaq üçün müdafiəsi vasitələrinə malikdir və ərazisini hər bir təcavüz qarşısında lazımi şəkildə müdafiə edəcək”.

Sonda İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müşaviri nüvə anlaşmasına toxunaraq, Nüvə razılaşmasında göstərilən öhdəliklərə yalnız digər tərəflər öhdəliklərinə şifahi olaraq deyil, əməldə yerinə yetirdikləri təqdirdə əməl edəcəyik, deyə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =