Sərdar Qaani: Səudiyyə Ərəbistanı cinayətkar bir kukladır və onunla düşmən olmağa dəyməz

Sərdar Qaani: Səudiyyə Ərəbistanı cinayətkar bir kukladır və onunla düşmən olmağa dəyməz

Səudiyyə Ərəbistanı və Amerikanın bölgədəki kuklaları düşmənçiliyə belə layiq deyil.

Düşmən sistemimizə nə qədər çox təzyiq etsə də  sistemimiz geri addım atmayacaq. Ölkəmiz yer üzündə yaşayan hər bir şərəfli insan üçün müqavimət və qüdrət mənbəyidir.

  İnqilab Keşikçiləri Qvardiyasının Baş Komandanı general İsmayıl Qaaninin, iştirakı ilə İnqilab Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı general-mayor Hüseyn Səlaminin, parlamentin keçmiş sədri Əli Laricaninin, ordu və ölkə rəsmilərinin iştirakı ilə Hacı Həsən İrlunun şəhadətinin birinci ildönümünün anım mərasimi Teleradio Təşkilatının Beynəlxalq Konfrans Mərkəzində keçirilib.

Sərdar Qaani deyib: Səudiyyə Ərəbistanı və Amerikanın bölgədəki kuklaları düşmənçilik etməyə belə layiq deyillər. Düşmən sistemimizə nə qədər çox təzyiq etsə belə, biz geri addım atmayacağıq. Ölkəmiz yer üzündə yaşayan hər bir şərəfli insan üçün müqavimət və güc qaynağı olan ölkədir.

Sərdar Qaani aydınlaşdırdı: İran təlim-tərbiyə  və güc istehsalı mərkəzidir, amerikalılar hər səhnədə millətimizlə üz-üzə gəldilər, lakin şəhid Süleymaninin mövqeyi və çoxlu sayda müqavimət şəhidləri sayəsində məğlub oldular və ağızlarına möhkəm bir şillə vuruldu.

Qüds qüvvələrinin komandanı deyib: “Amerikalılar bölgədə 7 trilyondan çox pul xərcləsələr də qalmaqaldan başqa, heç nə əldə etmədilər.”

Onlar İranla hərbi sahədə döyüşəcək xüsusiyyətə malik deyillər. Ona görə də Amerikanın, Avropanın və onların bölgədəki kuklalarının xarakterində olan fitri alçaqlıq və qorxaqlıq ucbatından alçaq taktikalara əl atırlar ki, meydandakı məğlubiyyətlərini kompensasiya edib mediada özlərini qalib kimi göstərsinlər.

Son bir neçə gündə əsas döyüş meydanlarındakı acizliklərindən kiberməkanda bəzi cahil gəncləri təhrik edərək onları meydanlara çıxarıblar. Bu da onların uğursuzluğunu göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =