Şərqi Ərəbistanda yanğın baş verib: Hadisənin raket hücumu və ya qəza olması bilinmir-Video

Şərqi Ərəbistanda yanğın baş verib: Hadisənin raket hücumu və ya qəza olması bilinmir-Video

Səudiyyə mediası Səudiyyə Ərəbistanının şərqində böyük yanğın olduğunu xəbər verib və bəzi internet istifadəçiləri yanğının raket hücumu nəticəsində alovlandığını iddia ediblər.

Səudiyyə mediası, cümə günü axşam səbəbi qeyd etmədən, Ərəbistanın şərqindəki Dəmmam sənaye şəhərində yanğının baş verdiyini bildirdi.

Səudiyyə kanalları, o cümlədən “Əl-Əxbariyyə” kanalı yanğınsöndürənlərin bu sənaye şəhərciyindəki yanğını söndürmək üçün saatlarla çalışdığını bildirib.

Virtual məkan istifadəçiləri ərazidə xilasedici qüvvələrin olmasına baxmayaraq, sənaye şəhərciyində yanğının hələ də davam etdiyini göstərən şəkillər də dərc ediblər.

Yəmənin “Əs-Səmud” saytı bəzi kiberməkan istifadəçilərinə istinadən yazıb ki, bu yanğın raket hücumundan sonra baş vermiş ola bilər.

Bununla belə, xəbər mənbələri və Yəmən silahlı qüvvələri Səudiyyə Ərəbistanının şərqinə hücumla bağlı xəbəri təsdiqləməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =