Səudiyyə Ərəbistanı Amerikadan Tel-Əvivlə əlaqələr qarşılığında uranın zənginləşdirilməsinə dəstək istəyib
Səudiyyə Ərəbistanı ABŞ-dan sionist rejimlə münasibətləri üzə çıxarmaq müqabilində ölkədə uranın zənginləşdirmə proqramına yardım etməsini istəyib.
ABŞ hökumətinin Səudiyyə Ərəbistanının sionist rejimlə əlaqələrini üzə çıxarmaq cəhdləri ilə eyni vaxtda Ər-Riyad Vaşinqtondan təhlükəsizlik zəmanəti və nüvə proqramının inkişafı üçün kömək istəyib.
Bu barədə məlumatlı mənbələrə istinadən Wall Street Journal qəzeti məlumat yayıb
ABŞ prezidenti Co Baydenin administrasiyası Tel-Əviv və Ər-Riyad arasında əlaqələrin qurulması üçün kompleks danışıqlar aparır.
Qəzet yazır ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik zəmanəti tələb etməsi və nüvə proqramına yardım etməsi bu danışıqlarda əsas maneələr sırasındadır, çünki ABŞ Konqresi nümayəndələrinin belə şeylərə qarşı çıxacaqları güman ediir.
Ər-Riyadda bu ölkəni ərəb dünyasının tənqid hədəfinə çevirəcək və İranla gərginliyin təzyiqi altında qoyacaq sazişin bağlanması ilə bağlı da narahatlıq var.
Xüsusilə, son bir neçə həftədə Qərb Sahilində baş verən zorakılıqlar təkcə Səudiyyə Ərəbistanında deyil, bütün ərəb dünyasında İsrail rejimi ilə əlaqələrə dəstəyi azaldıb.
“The Wall Street Journal” yazır ki, İsrail-Ərəbistan arasında münasibətlərin normallaşdırılmasına dair razılaşma Fələstinin müstəqil dövlət yaratmaq ümidini söndürə bilər. Son bir neçə onillikdə səudiyyəlilər açıq bəyanatlarında müstəqil Fələstin dövlətinin yaradılmasının İsraili tanımaq üçün ilkin şərt olduğunu bildiriblər.
Lakin İsrail rəsmiləri Wall Street Journal-a bildiriblər ki, son danışıqlarda Səudiyyə Ərəbistanı Fələstin məsələsində ciddi güzəştlər tələb etməyib.
Səudiyyəlilərin Vaşinqtondan tələbləri bu danışıqların gedişatına mane olan amillərdən biridir. Ər-Riyad ABŞ-dan uranın zənginləşdirilməsinə və öz yanacaq istehsalı sisteminə dəstək istəyir.
Amerika və İsrail rəsmiləri belə bir icazənin Səudiyyə Ərəbistanının nüvə silahı hazırlamasına səbəb ola biləcəyindən narahatdırlar. Səudiyyəlilər, həmçinin Vaşinqtonun zərurət yaranarsa Ər-Riyadın köməyinə gələcəyinə dair güclü təminat istəyirlər.
Baxılan variantlardan biri də ABŞ-ın Səudiyyə Ərəbistanını NATO-dan kənar mühüm müttəfiqlərdən biri elan etməsidir. Hazırda Qətər, İordaniya və bir neçə başqa ölkə sionist rejimlə birlikdə NATO-dan kənar mühüm müttəfiqlər siyahısına daxil edilib.