Səudiyyə Ərəbistanı Argentinanı məğlub etdi – 2:1

Səudiyyə Ərəbistanı Argentinanı məğlub etdi – 2:1

Səudiyyə Ərəbistanı Argentinanı 2:1 hesabı ilə məğlub edərək mundialda 3 xalını qazanıb. 

***15:19

Səudiyyə Ərəbistanı Argentina ilə oyunda irəli çıxıb. Oyunun 53-cü dəqiqəsində Əl-Dəusari komandasının ikinci qoluna imza atıb. 

***15.13

Səudiyyə Ərəbistanı yığması ikinci hissədə hesabı bərabərləşdirib. 48-ci dəqiqədə Saleh əl-Şehri tarazlığı bərpa edib. 

***14.13

Argentina-Səudiyyə Ərəbistanı matçında hesab açılıb.

BAKU.WS-in məlumatına görə, oyunun 9-cu dəqiqəsində Messi penalti zərbəsi ilə hesabı açıb. 

***14.02

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, qarşılaşma saat 14:00-da start götürüb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =