Səudiyyə Ərəbistanı Co Baydeni İranla nüvə sazişinə qayıtmamağa çağırıb
Səudiyyə Ərəbistanın tanınmış şahzadələrindən və ölkənin nüfuzlu siyasətçilərindən biri dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişilə bağlı Co Baydenə çağırış edib.
SalamNews CNN.Arabic-ə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın Kəşfiyyat İdarəsinin sabiq sədri şahzadə Türki əl-Feysəl deyib.
O, “Amerika–Ərəb əlaqələri şurası”nda çıxışı zamanı seçkilərdə qalib gəlmiş demokratların namizədi Co Baydeni İranla əldə edilmiş nüvə sazişinə geri qayıtmamağa çağırıb.
Türki əl-Feysəl, Co Baydenin bundan öncə nüvə sazişinə qayıtmaqla bağlı fikrinə irad tutaraq, bu addımın regionda sülh və sabitliyə zərər vuracağını iddia edib.
O, Co Baydenə çağırış edərək, ABŞ-ın köhnə səhv addımlarının təkrarlanmamasını istəyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı komandası və İsrail Donald Tramp Administrasiyasını nüvə sazişindən çıxmaq və İrana qarşı maksimum iqtisadi təzyiq siyasətilə bağlı təşviq edən əsas xarici tərəflərdir.