Səudiyyə Ərəbistanı hökuməti Trampa saxta hədiyyələr göndərib

Səudiyyə Ərəbistanı hökuməti Trampa saxta hədiyyələr göndərib

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə kral ailəsinin 2017-ci ildə ABŞ -ın keçmiş prezidenti Donald Trampa verdikləri qiymətli hədiyyələrin saxta olduğunu yazıb.

Məlumata görə, ABŞ və xarici liderlər arasında adi hal olan hədiyyə mübadiləsi, Trampın prezidentliyi dövründə bəzən təhlükəli bir problemə çevrildi.

New York Times qəzeti bu məsələni izah edərkən yazıb ki, Səudiyyə kral ailəsi, Trampın prezident olaraq ilk səfəri zamanı, üç ağ pələng və çita dərisindən xəz palto və fil sümüyü saplı bir xəncər də daxil olmaqla Tramp və onu müşayiət edən nümayəndə heyətinə onlarla hədiyyə vermişdir.

Bu məlumatda bildirilir ki, Ağ Evin vəkili kürkün və xəncərin mülkiyyətinin nəsli kəsilməkdə olan növlər qanununa zidd olduğunu vurğulamış, lakin Tramp administrasiyası Səudiyyə kral ailəsinin hədiyyələrini saxlamağa və xarici dövlətdən alınan hədiyyələr olaraq ictimaiyyətə açıqlamaqdan imtina etməyə davam etmişdir.

New York Times daha sonra ABŞ Vəhşi Təbiət İdarəsi adı çəkilən ağ pələng, çita dəriləri və fil sümüyü sapları olan xəncərlərin üzərində araşdırma apardıqdan sonra təəccüblü bir nəticə əldə edib və zəngin Səudiyyə ailəsinin hədiyyələrinin saxta olduğu aşkar olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − eight =