Səudiyyə Ərəbistanı İsrail rejiminə belə xidmət edir

Səudiyyə Ərəbistanı İsrail rejiminə belə xidmət edir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə insan haqları fəallarının Səudiyyə həbsxanalarında Mossad müstəntiqlərinin olması və onların fələstinli məhbusları dindirməsi barədə ifşaları Səudiyyə rejimi üçün yeni bir qalmaqal oldu.

Son illərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla Fars körfəzi boyunca bəzi ərəb ölkələri, müsəlmanlardan, xüsusən də fələstinlilərdən üz çevirmişlər. Sionistləri razı salmaq üçün əllərindən gələni etməyə hazırdırlar. Bunun bir nümunəsi də Ərəbistan zindanlarında Mosad müstəntiqlərinin olmasıdır.

Son günlərdə tanınmış Səudiyyə müxalifət fəallarının iştirakı ilə Əl-Cəzirə internet saytı tərəfindən “Səudiyyə Ərəbistanındakı Fələstinli məhkumlar” ın virtual iclası keçirilmiş və iştirakçılar Səudiyyə Ərəbistanındakı fələstinli məhbusların ağır vəziyyəti barədə danışmışlar.

Bir sıra Səudiyyə müxalifətçilərinin (Londonda yerləşən) rəhbərlik etdiyi Səudiyyə İnsan Haqları Təşkilatı Şurasının sədri Səid bin Nasir əl-Ğamidi, Ərəbistan zindanlarında fələstinliləri dindirən xarici müstəntiqlərin olduğunu söyləyib. O, qeyd edib ki, böyük ehtimalla bu müstəntiqlər Mossad casus agentliyinin üzvləridir.

O, bu ehtimalın üzərində təkid edərək, dindirmələr zamanı fələstinli məhbuslardan soruşulan sualların israillilər tərəfindən verilən suallar olduğunu və bu sualların Səudiyyənin daxili işləri ilə heç bir əlaqəsi olmadığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =