Səudiyyə Ərəbistanı İsraillə əlaqələri rəsmiləşdirməyin şərtini açıqlayıb

Səudiyyə Ərəbistanı İsraillə əlaqələri rəsmiləşdirməyin şərtini açıqlayıb

Səudiyyə Ərəbistanı İsraillə əlaqələri rəsmiləşdirmək istəyən ərəb dövlətlərinə mane olmaq niyyətində olmadığını və Fələstin-İsrail danışıqlarında irəliləyiş olmayınca Təl-Əvivlə əlaqələri rəsmiləşdirməyəcəyini bildirib

SalamNews RT-ə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın Xarici işlər naziri Feysəl bin Farhan İsrail mətbuatına açıqlamasında bildirib.

Səudiyyə rəsmisi bildirib ki, ölkəsi hələ İsraillə əlaqələri rəsmiləşdirməyi düşünmür. O, bunun üçün münaqişə ilə bağlı Ərəb ölkələrinin 2002-ci ildəki siyasi təşəbbüsünün baş tutmasını, İsraillə Fələstin arasında bir irəliləyişin olmasını şərt olaraq irəli sürüb.

O həmçinin bildirib ki, Səudiyyə hazırda İsraillə əlaqələri qurmaq istəyənlərə də mane olmaq niyyətində deyil.

Qeyd edək ki, BƏƏ və Bəhreynin İsraillə saziş imzalamasından sonra Təl-Əvivlə rəsmi əlaqələrə başlayan ərəb dövlətlərinin sayı 4-ə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 2 =