Səudiyyə Ərəbistanı koalisiyası son sutkada Yəmənə 25 hava zərbəsi endirib
Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiyanın təyyarələri son 24 saat ərzində Yəmənin paytaxtı Səna da daxil olmaqla bir neçə əyalətə 25 hava zərbəsi endirib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, hava zərbələrinin bir neçəsi paytaxt Səna şəhərindəki beynəlxalq hava limanı və ətrafını hədəfə alıb.
Yəmənin əl-Əmran, Mərib və Səda əyalətlərinin müxtəlif rayonları da hava zərbələrinə məruz qalıb.
Yaralananlar var.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin mart ayından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Bu hərbi müdaxilə nəticəsində on minlərlə insan həyatını itirib.