Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri yəmənli uşaqlardan istifadə edir – Foto
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Elam əl-Hərbi xəbər qrupunun Məribdəki Fəcr əl-İntisar əməliyyatından yaydığı video və təsvirlərdən, Səudiyyə koalisiyasının bölgədəki yəmənli uşaqlardan belə öz məqsədləri üçün istifadə etdiyi görsənir.
Çərşənbə axşamı günü yayımlanan videoya görə, bu uşaqların bir çoxu ələ keçirilib və bundan əlavə “İslahat” partiyası (istefa verən hökumətə bağlı) tərəfindən aldadılaraq istismar edilən bir çox uşağın şəxsi işi barədə məlumatlar da əldə edilib.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri dünən keçirdiyi mətbuat konfransında, Səudiyyə koalisiyası tərəfindən uşaqların cəzb olunması işinin Birləşmiş Millətlər Təşkilatına qaldırılacağını söyləyib.
Səri həmçinin Məribin ətrafındakı daha 600 kvadrat kilometrlik ərazinin sürətli bir şəkildə azad edilməsini izah edərək deyib ki, Yəmən silahlı qüvvələri bir neçə istiqamətdə Məribin ətrafında yerləşmişlər, bəzi qüvvələr isə artıq Mərib bəndindədirlər. Bu qüvvələr Yəmən Respublikasının bütün torpaqlarını azad etmək və orada milli suverenlik qurmaq və azadlıq və müstəqillik əldə etmək əzmindədirlər.