Səudiyyə Ərəbistanı qüvvələri Yəməndə yaşayış məntəqələrini bombaladı
Səudiyyə Ərəbistanı rejim qüvvələri Yəmənin Madaqal, Mərib və Asir vilayətlərinin müxtəlif yerlərində yaşayış məntəqələrini bombalayıb
Maide.Az xəbər verir ki, işğalçı Səudiyyə rejiminin dinc sakinlərin yaşadığı bölgələri bombalaması nəticəsində evlərə və ictimai mülklərə ziyan dəyib.
Xatırladaq ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.
Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.