Səudiyyə Ərəbistanı sərhədində Yəmən vətəndaşı şəhid olub
Yəmən mediası Səudiyyə Ərəbistanının sərhəd bölgəsində bir vətəndaşın şəhid olması xəbərini yayıb.
Yəmən mediası Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı təcavüzünün davamında bu ölkə vətəndaşını öldürdüyünü bildirib.
“Əl-Məsirə” saytı bir Yəmən vətəndaşının Şəda sərhəd bölgəsində Səudiyyə düşmən artilleriyasının hədəfinə çevrildiyini və şəhid olduğunu bildirib.
Bu yəmənli şəhidin cənazəsi Razeh xəstəxanasına aparılıb.
Bazar günü də Mərib əyalətinin Sərvah bölgəsində təcavüzkar Səudiyyə koalisiyasının döyüş sursatlarının qalıqlarının partlaması nəticəsində bir Yəmən vətəndaşı şəhid olub.