Səudiyyə Ərəbistanı son iki sutkada Yəmənin daha bir tankerini saxlayıb
Yəmənin əksər əyalətlərini mühasirədə saxlayan Səudiyyə Ərəbistanı hərbi koalisiyası bu ölkəyə məxsus maye qaz daşıyan bir gəmini saxlayaraq öz sahillərinə istiqamətləndirib.
SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu mərkəzi idarələri paytaxt Sənada yerləşən “Milli Qaz Şirkəti”ndən məlumat verilib.
Bildirilib ki, Yəmənin əl-Hudeyda əyalətinə gələn 9,487 ton maye qaz daşıyan tanker Səudiyyə Ərəbistanı qüvvələri tərəfindən saxlanılıb və Cazan limanına istiqamətləndirilib.
Bildirilib ki, sözügedən gəmi Yəmənə daxil olmaq üçün BMT-nin qurumlarının icazəsinə malik olub.
İki gün öncə “Yəmənin Milli Qurtuluş Hökuməti”nin (husilər) tabeliyində olan “Dövlət Neft Şirkəti” bəyanat verib ki, Səudiyyə Ərəbistanı koalisiyası ölkə şirkətlərindən birinə məxsus olan neft məhsulları daşıyan “SPLENDOUR SAPPHIRE” tankerini saxlayaraq, onu Cazan limanına aparıb.
Qeyd edək ki, mərkəzi qərargahları paytaxt Sənada olan “Yəmən Ordusu”nun (husilər) Dəniz qüvvələri bir həftə öncə Səudiyyə Ərəbistanı hərbi koalisiyasına məxsus silahla dolu bir gəmini saxladığını bildirmişdi.
SalamNews.org