Səudiyyə Ərəbistanı Türkiyəyə embarqo tətbiq etdi

Səudiyyə Ərəbistanı Türkiyəyə embarqo tətbiq etdi

Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Türkiyədən olan məhsullara embarqo tətbiq etdiyini elan edib.

Məhdudiyyətlər 3 oktyabrdan qüvvəyə minəcək.

Bildirilir ki, Türkiyə krallığa meyvələr, tərəvəz, digər qida məhsulları, həmçini mebel və hotel üçün təchizatlar tədarük edirdi. İllik ixrac həcmi 3,3 milyard dollar olaraq qiymətləndirilirdi.

Ər-Riyadın tətbiq etdiyi sanksiyalar iki ölkə arasındakı 30 illik ticarət ərzindəki ilk sanksiyalar olacaq. Üstəlik, məhdudlaşdırıcı tədbilərinin rəsmi səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, 2017-ci ildə Qətər ətrafındakı qalmaqaldan sonra Ankara və ər-Riyad arasındakı münasibətlər pisləşməyə başladı.

2018-ci ildə İstalbuldakı Səudiyyə Ərəbistanı konsulluğu ərazisində jurnalist Camal Qaşıqçının qətli iki ölkə münasibətlərinə yeni zərbə oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 12 =