Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəmənə 7 illik hərbi təcavüzünün statistikası
Yəmənin “Eyn” İnsan Hüquqları Mərkəzi Səudiyyəhin başçılıq etdiyi Səudiyyə-BƏƏ Koalisiyasının ölkəyə hərbi təcavüzləri və infrastrukturunun qəsdən dağıdılması ilə bağlı statistik rəqəmləri nəşr edib.
İki günə sonra Səudiyyə Koalisiyasının Yəmənə hərbi təcavüzü səkkizinci ilinə qədəm qoyur.
Kolasiyanın törətdiyi müharibə yemenlilərin öldürülməsi və qıtlıqdan, həmçinin, təcavüzkar koalisiyanın da rüsvayçılığından başaqa, heç bir şey gətirmədi. Əlbəttə bu müharibədə Amerika, Britaniya və Fransanın da payı var.
(Yəmən Milli Qurtuluş Hökumətinə bağlı) Yəmən İnsan Hüquqları Mərkəzi bu gün bu qeyri-bərabər müharibənin qurbanlarının sayına dair son statistikasını açıqlayıb:
46262 nəfər öldürülüb və yaralanıb. Bunlardan 17734 nəfər öldürülüb. Öldürülənlərin 4017-si uşaq, 243-qadın və 11283-ü kişidir.
285,28 nəfər yaralanıb ki, onlardan 4586-sı uşaq, 2911-i qadın və 21032-si kişidir.
Bu statistika koalisiyanın birbaşa hücumu ilə əlaqəli idi.
Mərkəzin məlumatına görə, təcavüzkar koalisiyanın işğalının başlamasından bəri minlərlə xəstə neft birləşmələri və ya dərman pereparatlarının olmaması səbəbindən ölüb və hazırda da milyonlarla yəmənli ölüm riski ilə qarşı-qarşıyadır.
Bu yeddi il ərzində Yəmənli Milli Qurtuluş Hökumətinin hesabatına görə, Yəmən infrastrukturu Səudiyyə, BƏƏ və Amerika Koalisiya hücumlarının əsas hədəfləri sırasında yer tutub..
Bu müddət ərzində Yəmənin 12613 infrastrukturu (15 hava limanı, 16 port, 340 yanacaqdoldurma və elektrik stansiyası) dağıdılıb. Bundan əlavə, hökumətə məxsus 2091 obyekt, 6743 yol və körpü və 609 rabitə qovşağı və 2,799 su mənbəyi məhv edilib.
Verilən statistikaya görə, son yeddi ildə 604035 xidmət obyekti, o cümlədən, 590069 ev zədələnmiş və ya dağıdılmışdır. 182 təhsil obyeki, 1612 məscid, 375 turizm obyekti, 410 səstəxana və klinika, 1214 məktəb və mədrəsə, 139 idman stadionları və idman mərkəzləri, 253 qədim tikili və 9721 kənd təsərrüfatı sahələri məhv edilmişdir.
Məhv edilmiş iqtisadi obyektlər də aşağıdakılardır:
26444 iqtisadi obyekt məhv edilmişdir. O cümlədən, 404 fabrik, 378 yanacaq tankeri, 11901 ticari obyektlər və 433 quşçuluq və heyvandarlıq obyekti, 9770 nəqliyyat vasitəsi, 965 ərzaq daşıma maşınları, 696 bazar və ticarət kompleksi, 482 balıqçılıq qayığı, 99 ərzaq anbarı və 416 yanacaq doldurma məntəqəsi dağıdılmışdır.
Bundan başqa, Yemen ərazisinin dənizdən, hava və qurudan yeddi illik mühasirəsi 30 milyon yemeənlinin pis şəraitdə yaşamasına səbəb olmuşdur