Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrində minlərlə kompüterə kiberhücum
Kibertəhlükəsizlik şirkəti Group-IB çərşənbə günü yaydığı hesabatda bu ilin yeddi ayı ərzində Səudiyyə Ərəbistanında və Fars körfəzində minlərlə kompüterin həkləndiyini açıqlayıb.
İRNA-nın məlumatına görə, kiber şirkət əlavə edib ki, Amazon və PayPal kimi hesablar üçün parol əldə etmək, həmçinin onların ödəniş qeydlərinə və kripto pul kisələrinə daxil olmaq üçün zərərli proqramlardan istifadə edən qrupları müəyyən edib.
Kibertəhlükəsizlik şirkətinin məlumatına görə, bu ilin 7 ayı ərzində bu fırıldaqçılar 6300-ə yaxın elektron cihazı virusa yoluxdurub, 700 mindən çox parol oğurlayıb və Səudiyyə Ərəbistanında 1400-ə yaxın insanın kredit kartı məlumatlarını toplayıb.
BƏƏ-də də eyni dövrdə minlərlə cihaz sındırılıb və kredit kartı detalları oğurlanıb.
Bu qruplar insanların internet brauzerlərində, məsələn, e-poçt xidmətləri və sosial media hesablarında saxlanılan məlumatları toplaya bilən zərərli proqramlardan istifadə edblər.
Hakerlər bank rekvizitləri kimi məlumatları əldə etdikdən sonra pul və məlumatları oğurlamaq və ya oğurlanmış məlumatları “gizli kibercinayətkarlara” satmaq üçün istifadə edirlər.
Kibertəhlükəsizlik firmasının hesabatından məlum olub ki, fırıldaqçılar Facebook kimi saytlarda vebsaytı reklam edərək yerli işçi axtaran insanları cəlb etmək üçün Səudiyyə şirkətinin internet saytlarının 1000-dən çox saxta versiyasını yaradıblar. Cinayətkarların hədəfində olan şirkətin adı açıqlanmayıb.
Kibertəhlükəsizlik firması IB, həmçinin iyul ayında kibercinayətkarların Yaxın Şərqdəki istifadəçiləri hədəf alan geniş miqyaslı fişinq kampaniyası başlatdıqlarını, 270-dən çox domeni tanınmış poçt xidməti brendləri kimi tanıdıqlarını açıqladı.
2012-ci ildə neft nəhəngi Aramco-nun həklənməsi bu günə qədər dünyanın ən böyük kiberhücumlarından biridir. Neft və qaz hasilatını dayandırmaq məqsədi ilə 30 minə yaxın kompüterə ziyan vuran bu hücumun məsuliyyətini Ədalətin kəskin qılıncı adlı qrup öz üzərinə götürüb.