Səudiyyə Ərəbistanı və Misir Çinlə döyüş təyyarələrinin alınması üçün danışıqlar aparır

Səudiyyə Ərəbistanı və Misir Çinlə döyüş təyyarələrinin alınması üçün danışıqlar aparır

“Tactical Report” saytı Səudiyyə Ərəbistanı ilə Misirin Çindən qırıcı və silah almaq üçün ayrı-ayrılıqda danışıqlar apardığını bildirib.

ABŞ-da Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətləri normallaşdırmaq üçün danışıqlarda vasitəçiliyi ilə bağlı şərhlər davam edərkən, xəbərlər Ər-Riyad və Qahirənin Pekinlə döyüş təyyarələrinin alınması üçün məsləhətləşdiyindən bəhs edir.

Livanın paytaxtı Beyrutda yerləşən “Tactical Report” internet saytı Səudiyyə Ərəbistanı və Misirin Çinlə silah almaq üçün danışıqlar apardığını bildirib.

Sputnik xəbər agentliyinin məlumatına görə, “Tactical Report”da bildirilir ki, “Saudi Arabia Military Industries” hazırda Çinin Northern Industries Group ilə döyüş təyyarələri, kəşfiyyat uçan aparatları və hava hücumundan müdafiə sistemlərinin alınması üçün danışıqlar aparır.

Bu hesabata görə, Misir Hərbi Hava Qüvvələri Çinin “Chengdu Aviation Industry Group” ilə danışıqlar aparır və hər iki tərəf bu həftə çərşənbə axşamı günü Malayziyada keçirilən Langkawi Beynəlxalq Dəniz və Aerokosmik Sərgisi çərçivəsində bir araya gəlib.

Misirin Çinin indiyə qədər yalnız Pakistana satdığı J-10C döyüş təyyarələrini almaq istədiyi deyilir.

J-10C Çinin ilk yerli qırıcısıdır və 2006-cı ildə bu ölkənin Hərbi Hava Qüvvələrində istifadəyə verilib.

Bu Çin qırıcısı qabaqcıl radara, uçuş idarəetmə sisteminə və maksimum 1.8 Mach sürətinə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 15 =