Səudiyyə Ərəbistanı XİN başçısı İrana səfər edəcək
Səudiyyə Ərəbistanının xarici işlər naziri İrana səfər edəcək.
APA IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani brifinqdə deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri yaxın gələcəkdə Tehrana səfər edəcək.
“Səudiyyə Ərəbistanı nümayəndə heyətinin İranda gördüyü ilkin tədbirləri nəzərə alaraq, Səudiyyə Ərəbistanının İrandakı səfirliyi və Baş konsulluğunun tezliklə yenidən açılacağını güman edirik”, – Kənani bildirib.
Apa.az