Səudiyyə Ərəbistanı Yəmən Ənsarullahının Ciddəyə raket hücumunu etiraf etdi

Səudiyyə Ərəbistanı Yəmən Ənsarullahının Ciddəyə raket hücumunu etiraf etdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Bazar ertəsi Səudiyyə Enerji Nazirliyinin səlahiyyətlisi Yəmən Ənsarullah hərəkatının Ciddənin şimalındakı bir neft paylama stansiyasına hücumunu təsdiqlədi.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə (WAS) istinadən bildirilir ki, Səudiyyə Ərəbistanı Enerji Nazirliyinin bir rəsmisi deyib:

“Bu gün (Bazar ertəsi) saat 3:50-də, Ciddənin şimalındakı neft paylama stansiyasındakı yanacaq anbarına raket hücumundan sonra yanğın baş verib.”

Əlavə edib: “Yardım və xilasetmə qrupu yanğını söndürdü və bu hücumda insan tələfatı olmayıb.”

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bazar ertəsi günü səhər saatlarında ordunun raket bölməsinin Ciddə limanındakı Saudi Aramko neft şirkətinin iki neft paylama stansiyasını hədəf almaq üçün Qüds 2 raketindən istifadə etdiyini söylədi.

Yəmən Silahlı Qüvvələri sözçüsünün verdiyi açıqlamaya görə, Qüds 2 idarəolunan raketlə həyata keçirilən zərbə uğurlu alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 12 =